...

U20 Avropa çempionatı: Vasif Bağırov qızıl medal qazandı, Muradxan Omarov gümüşlə kifayətləndi (FOTO)

İdman Materials 6 İyul 2025 00:05 (UTC +04:00)
U20 Avropa çempionatı: Vasif Bağırov qızıl medal qazandı, Muradxan Omarov gümüşlə kifayətləndi (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın Kaorle şəhərində keçirilən U20 Avropa çempionatının altıncı yarış günündə sərbəst güləş üzrə ilk medalçılar müəyyənləşib.

Trend xəbər verir ki, Vasif Bağırov (57 kq) finalda Gürcüstan təmsilçisi Nika Zanqaladze ilə gərgin və maraqlı qarşılaşmada qüvvəsini sınayıb. Görüşün ilk hissəsini 5:6 hesabı ilə geridə başa vuran Gəncə güləş məktəbinin yetirməsi ikinci hissədə təşəbbüsü ələ alaraq 9:6 hesabı ilə əzmkar qələbə qazanıb və Avropa çempionu olub. Qeyd edək ki, Vasif ötən il bu yarışda gümüş medal qazanmışdı.

Muradxan Omarov (79 kq) isə finalda gürcü güləşçi Davit Çetçelaşvili ilə qarşılaşıb. Lakin Şamaxı güləş məktəbinin yetirməsi bu dəfə rəqibinə müqavimət göstərə bilməyib və 0:10 hesabı ilə məğlub olaraq gümüş medal qazanıb.

Rəvan Musayev (97 kq) təsəlliverici görüşdə macarıstanlı Peter Şivnovskiyə 7:0 hesabı ilə qalib gəlsə də, bürünc medal uğrunda qarşılaşmada rusiyalı Maqomedqadji Maqomedova 0:6 hesabı ilə uduzub və turniri medalsız başa vurub.

Xəbər lenti

Xəbər lenti