Bakı. Trend:
Avropa İttifaqı (Aİ) Moldovaya “islahatların həyata keçirilməsi” müqabilində 1,9 milyard avroluq proqramdan 217 milyon avro məbləğində yardımın birinci tranşını ayırıb.
Trend-in məlumatına görə, bu barədə Aİ-Moldova sammitindən sonra keçirilən mətbuat konfransında Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirib.
"Bu gün biz islahat öhdəliklərini yerinə yetirən Moldova üçün artım planı çərçivəsində 217 milyon avro yardımın ayrılmasını elan edirik. Avropa İttifaqı yardim ilə bağlı öz öhdəliklərini yerinə yetirir", - deyə o qeyd edib.
Onun sözlərinə görə, bu, “1,9 milyard avroluq proqramdan birinci tranşdır”.