Bakı. Trend:
Türkiyənin Mersin vilayətinin Tarsus rayonunda yerləşən Sənaye zonasında fəaliyyət göstərən avtoyuma məntəqəsində silahlı insident baş verib.
Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
Kimlikləri məlum olmayan şəxslər odlu silahlar, o cümlədən, ov tüfəngi ilə obyekti atəşə tutub. Hücumdan sonra cinayətkarlar hadisə yerini tərk ediblər.
İnsidentdə sonra əraziyə təcili tibbi yardım və polis dəstələri cəlb edilib. Açılan atəş nəticəsində obyektin sahibi, 26 yaşlı Ali Çoban həyatını itirib. 34 yaşlı şəxs isə yaralanıb.
Polis cinayətkarların yaxalanması istiqamətində iş aparır. Silahlı hücumun səbəbləri araşdırılır.