...

Avropa çempionatı: Azərbaycanın daha 4 boksçusu 1/4 finala yüksəlib (FOTO)

İdman Materials 12 Dekabr 2025 23:10 (UTC +04:00)
Avropa çempionatı: Azərbaycanın daha 4 boksçusu 1/4 finala yüksəlib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın daha 4 boksçusu Almaniyanın Keinbaum şəhərində yeniyetmə arasında U-17 Avropa çempionatında 1/4 finala yüksəlib.

Trend-in məlumatına görə, Şahin Aslanov (60 kiloqram) Demid Kloçkonu (İsrail) 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, növbəti görüşünü dekabrın 14-də İvaylo Kolevə (Bolqarıstan) qarşı keçirəcək.

Adil Zalov (70 kiloqram) da Avropa çempionatında qələbə ilə başlayıb. Boksçumuz 1/8 finalda Hakan Arda İlgündən (Türkiyə) güclü olub – 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28). Zalov dekabrın 13-də Oskar Mujakovski (Polşa) ilə üz-üzə gələcək.

Gülər Hüseynova (48 kiloqram) Oleksandra Mişçenkoya (Ukrayna) heç bir şans verməyib. Hər 3 raundu aktivinə yazan milli üzvü yekunda 5:0 (30:27, 30:27, 29:28, 30:27, 29:28) hesablı qələbəyə sevinib. O, dekabrın 14-də 1/4 finalda Maria Spennato (İtaliya) ilə döyüşəcək.

Fidan Bakarova (63 kiloqram) isə Antonina Binieçkanı (Polşa) mübarizədən kənarlaşdırıb – 3:2 (29:26, 28:27, 29:26, 27:28, 27:28). O da dekabrın 14-də növbəti görüşünə çıxacaq. Bakarova Rihanna Holdenlə (İngiltərə) qüvvəsini sınayacaq.

Qeyd edək ki, Avropa çempionatına dekabrın 17-də yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti