...

İrlandiyalı keçmiş UFC çempionu evləndi

Dünya xəbərləri Materials 13 Dekabr 2025 11:20 (UTC +04:00)
İrlandiyalı keçmiş UFC çempionu evləndi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İrlandiyalı keçmiş UFC (Mütləq Döyüş Çempionatı) çempionu - 37 yaşlı qarışıq əlbəyaxa döyüş sənətləri ustası Konor Makqreqor 38 yaşlı sevgilisi Di Devlinlə rəsmi nikah qurub.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, o, Di Devlinlə 17 il münasibətdə olub. Nikah mərasimi dekabrın 12-də Vatikanın ən qədim kilsələrindən birində keçirilib və izdivaca az sayda insan çağırılıb.

Qeyd edək ki, Konorla Dinin birgə vətəndaş nikahından dörd övladları – 3 oğulları və 1 qızları var. Cütlük 2020-ci ildə nişanlanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti