...

Belarus yaxın aylarda daha min məhkumu azad edə bilər

Dünya xəbərləri Materials 14 Dekabr 2025 04:32 (UTC +04:00)
Belarus yaxın aylarda daha min məhkumu azad edə bilər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Belarus hökuməti yaxın aylarda daha min məhkumu azad edə bilər.

Trend xəbər verir ki, bu proqnozu ABŞ Prezidentinin Belarus üzrə xüsusi nümayəndəsi Con Koul açıqlayıb. O bildirib: “Düşünürəm ki, bu, nəinki mümkün, hətta gözləniləndir. Düzgün yoldayıq, impuls var”.

Qeyd edək ki, daha əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko 123 məhkumu əfv edib.

Minskdə iki gün ərzində Lukaşenko və Koul arasında ikitərəfli münasibətlərin normallaşdırılması məsələləri müzakirə olunub. Danışıqlar bağlı qapı arxasında keçirilib.

Dekabrın 13-də Con Koul bildirib ki, Vaşinqton Prezident Donald Trampın qərarı ilə Belarusun kalium sektoruna tətbiq olunan sanksiyaları aradan qaldırıb.

Xəbər lenti

Xəbər lenti