...

Kamboca-Tailand sərhədi bağlanıb, münaqişə davam edir

Dünya xəbərləri Materials 13 Dekabr 2025 22:23 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kamboca gərginləşən münaqişə fonunda Tailandla bütün sərhəd keçid məntəqələrini bağlayıb.

Trend-in məlumatına görə, bu barədə Kamboca Daxili İşlər Nazirliyi bəyanat yayıb.

Nazirlik qərarın "sərhəddə Tailand tərəfinin Kambocanın suverenliyinə qarşı təcavüz aktları törətdiyi son hadisələr fonunda" qəbul edildiyini bildirib. Məhdudiyyət dekabrın 13-dən qüvvəyə minib və qeyri-müəyyən müddətə davam edəcək.

Qeyd olunur ki, ötən həftəsonu Tailand və Kambocanın sərhəd bölgələrində döyüşlər yenidən başlayıb. Son məlumatlara görə, Tailand tərəfi sərhəddəki qarşıdurmalar zamanı 14 hərbçisini itirib və 120-dən çox şəxsi yaralanıb. Kamboca hakimiyyəti isə 11 nəfərin öldüyünü və 74 nəfərin yaralandığını açıqlayıb.

Döyüşlər səbəbindən Taylandın sərhəd əyalətlərində təxminən 400.000 sakin təxliyə olunub, Kambocada isə 300.000-dən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Xəbər lenti

Xəbər lenti