Bakı. Trend:
Almaniyanın Manhaym şəhərində tək mühərrikli təyyarənin hərəkətli küçələrdən birinə məcburi eniş etməsi nəticəsində üç nəfər xəsarət alıb.
Trend xəbər verir ki, bu barədə “Tagesschau” qəzeti məlumat yayıb.
Məlumata görə, təyyarədə 23 yaşlı pilot, onun 23 yaşlı köməkçi pilotu və 37 yaşlı bir kişi olub.
Qəzet yazır ki, pilot ağır, digər iki sərnişin isə yüngül xəsarətlər alıb. Zərərçəkənlərin hamısı yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.
Hadisə yerinə polis və fövqəladə hallar xidmətinin əməkdaşları cəlb olunub. Almaniyanın Federal Təyyarə Qəzasının Təhqiqat İdarəsi insidentin səbəblərini araşdırır.
