...

Suriyada atışma zamanı Suriya təhlükəsizlik qüvvələri və ABŞ hərbçiləri yaralanıb

Dünya xəbərləri Materials 13 Dekabr 2025 19:46 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Suriyanın Homs əyalətinin mərkəzi hissəsində yerləşən Palmira şəhəri yaxınlığında baş verən atışma nəticəsində iki Suriya təhlükəsizlik qüvvəsi əməkdaşı və bir neçə ABŞ hərbçisi yaralanıb.

Trend xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Məlumata görə, silahlı şəxs birgə patrul xidməti zamanı əsgərlərə atəş açıb. Hücum edən şəxs dərhal zərərsizləşdirilərək öldürülüb. Onun motivləri ilə bağlı hələlik heç bir məlumat açıqlanmayıb.

Hadisə ilə əlaqədar Deyr əz-Zor–Dəməşq magistral yolunda nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb. Hadisə yerinə cəlb olunan Amerika helikopterləri yaralıları Dəməşqdən təxminən 250 kilometr məsafədə yerləşən Ət-Tanf şəhəri yaxınlığındakı ABŞ və koalisiya hərbi bazasına təxliyə edib.

Xəbər lenti

Xəbər lenti