...

Ukrayna ordusu “xarici legionları” ləğv edir

Dünya xəbərləri Materials 13 Dekabr 2025 14:17 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukrayna ordusunun Quru qoşunlarının “Beynəlxalq legionlar” adı altında yaradılmış dörd hərbi hissəsinin hər biri 2025-ci ilin sonuna kimi ləğv olunacaq.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Ukrayna baş qərargahının planına əsasən, ləğv olunacaq legionlardakı hərbçilər, o cümlədən əcnəbi döyüşçülər hərbi xidməti bundan adi həmlə qoşunların sıralarında davam etdirəcək.

Ukrayna Silahlı Qüvvələri komandanlığı bildirir ki, bu islahat təkamül prosesi xarakteri daşıyır və legionlar artıq öz rolunu oynayıb.

BBC-nin Ukrayna xidmətinin yazdığına görə, bu qərar artıq legionlarda xidmət edən hərbçilər arasında narazılıqla qarşılanıb. Belə ki, onlardan bəziləri həmlə qoşunlarında “cərimə batalyonu” döyüşçüləri – keçmiş məhbuslardan ibarət əsgərlərlə birgə döyüşmək istəmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti