Bakı.Trend:
Qubada evdən 7300 dolların oğurlanması ilə bağlı polisə müraciət edilib.
Trend-in məlumatına görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı vəsaiti götürən şəxsin ailənin yeniyetmə üzvü olduğu müəyyən edilib.
O, ifadəsində pulları oğurladığını və xərclədiyini etiraf edib.
Faktla bağlı araşdırma aparılır.
