Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinə Kürdəmir rayonunun Sığırlı kənd sakini Ağamalıyev Rza Qardaşxan oğluna məxsus evin yaşayış üçün yararsız vəziyyətə düşməsi və ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.
Trend xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar FHN-in Aran Regional Mərkəzinin əməkdaşları tərəfindən müvəqqəti yaşayış məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.
