Bakı. Trend:
Bakıda Özbəkistan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib.
Trend xəbər verir ki, tədbir Heydər Əliyev Mərkəzində baş tutur və özbək sənətçilərin və yaradıcı kollektivlərin iştirakı ilə zəngin konsert proqramı ilə müşayiət olunub.
Açılış mərasimi Azərbaycan və Özbəkistan arasında mədəni dialoqun bir hissəsi olmaqla, iki ölkə arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə və humanitar əməkdaşlığın inkişafına xidmət edib.
Tədbirdə mədəniyyət xadimləri, həmçinin paytaxtın qonaqları və sakinləri iştirak edirləb.
Qeyd edək ki, Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri dekabrın 20-dək davam edəcək.
