Bakı. Trend:
Dekabrın 13-ü saat 10:00-a olan faktiki hava açıqlanıb.
Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, dekabrın 13-ü saat 10:00-a olan məlumatına əsasən
ölkə ərazisinin bəzi yerlərində gecə və səhər saatlarında arabir
yağış, Sarıbaşda (Qax) isə qar yağıb.
Düşən yağıntının miqdarı Qubada 4, Şabran, Ordubad, Culfa, Xaçmaz,
Qusar, Naxçıvan, Sədərək, Şahbuz, Qobustan, Lənkəran, Gədəbəy,
Balakən, Xaltan, İmişli, Yardımlıda 3, Bakıda və Abşeron
yarımadasında 1 mm-dir.
Bəzi yerlərdə şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti
Naftalanda 18, Qobustanda 16 m/s-dək güclənib.
Sumqayıt, Şərur, Ordubad, Sədərək, Göygöl, Şəmkir, Balakən, Sarıbaş
(Qax), Şəki, Şamaxı, Qobustan, Xızı, Quba, Qusar, Göyçay,
Sabirabad, Kürdəmir, Biləsuvar, Lerikdə duman müşahidə olunub.
Görünüş məsafəsi 200 metrədək məhdudlaşıb.
