Bakı. Trend:
"Real"ın müdafiəçisi Antonio Rüdiger karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
"Qalatasaray" almaniyalı futbolçunu transfer etmək istəyir. İstanbul nəhənginin baş məşqçisi Okan Buruk rəhbərlikdən Rüdigerin heyətə cəlb olunmasını istəyib.
Qeyd edək ki, Antonio Rüdiger 2022-ci ilin yayından "Real"da çıxış edir.