...

AYİB Azərbaycandakı layihələr portfeli üzrə yenilənmiş məlumatları təqdim edib

İqtisadiyyat Materials 13 Dekabr 2025 09:27 (UTC +04:00)
AYİB Azərbaycandakı layihələr portfeli üzrə yenilənmiş məlumatları təqdim edib
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin oktyabr ayının sonuna olan vəziyyətə görə, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı layihələr portfeli 925 milyon avro təşkil edir və 34 layihəni əhatə edir.

Bu barədə Trend AYİB-ə istinadən xəbər verir.

Məlumata əsasən, bankın həmin layihələrdə iştirak payı 1 faiz təşkil edir, əməliyyat aktivlərinin həcmi isə 700 milyon avro səviyyəsində qiymətləndirilir.

Portfelin ümumi dəyərində özəl sektorun payı 39 faizdir.

AYİB Azərbaycanda fəaliyyətə başladığı dövrdən etibarən ölkə iqtisadiyyatına ümumilikdə 3,694 milyard avro investisiya qoyub. Ayrılmış vəsaitlərin ümumi həcmi 3,421 milyard avro təşkil edir.

Bu günədək AYİB Azərbaycanda 199 layihənin həyata keçirilməsinə dəstək göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti