Bakı. Trend:
Avropa İttifaqı (Aİ) Şurası Rusiyanın suveren aktivlərini birdəfəlik dondurmaq qərarına gəlib.
Trend-in məlumatına görə, bu barədə Aİ Şurasının Danimarka sədrliyi bəyanatda bildirib.
"Avropa İttifaqı Şurası Rusiya aktivlərinin daimi dondurulmasını təsdiqləyib", - deyə bəyanatda bildirilib.
Avropa Komissiyasının planına görə, bu addım Rusiya aktivlərinin sonrakı müsadirəsinin ilk mərhələsidir.