...

"Honda" şirkəti ABŞ-dən avtomobil idxalını genişləndirə bilər

Dünya xəbərləri Materials 13 Dekabr 2025 05:56 (UTC +04:00)

Bakı. Trend:

Yaponiyanın "Honda Motor" avtomobil istehsalçısı ticarət kəsirini azaltmaq üçün ABŞ-dən öz avtomobillərinin idxalını genişləndirə bilər.

Trend-in məlumatına görə, bu barədə "NHK" televiziya kanalı xəbər verib.

Qeyd edilib ki, hazırda şirkət, o cümlədən ABŞ-dən hansı modellərin idxal ediləcəyini müəyyən etmək üçün bazar araşdırması aparır. "Toyota Motor"un əvvəllər də bildirildiyi kimi oxşar planları var. "Nissan Motor" şirkəti bazarı təhlil etdikdən sonra ABŞ-dan avtomobillərini idxal etmək qərarına gələcəyini bildirib.

Qeyd edək ki. Trampın yüksək idxal rüsumlarını azaltmaq üçün Tokio və Vaşinqton arasında aparılan danışıqlarda ticarət kəsirinin azaldılması əsas mövzu olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti