...

ABŞ prezidentinin yeni “Air Force One” təyyarəsinin təhvili gecikir

Dünya xəbərləri Materials 13 Dekabr 2025 15:34 (UTC +04:00)
ABŞ prezidentinin yeni “Air Force One” təyyarəsinin təhvili gecikir
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

“Boeing” şirkəti tərəfindən hazırlanmaqda olan iki yeni “Air Force One” prezident təyyarəsinin birincisinin təhvili daha bir il gecikərək 2028-ci ilin ortalarına planlaşdırılıb.

Trend xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələri məlumat yayıb.

Məlumata görə, “Boeing” şirkəti işlərdə irəliləyiş olduğunu bildirib:

"ABŞ üçün iki yüksək səviyyəli Air Force One təyyarəsinin təhvil verməyə fokuslanmışıq”.

Qeyd edək ki, bu, layihədə növbəti gecikmədir və ümumilikdə proqram dörd ildir ləngiyir.

Prezident Donald Tramp “Boeing”dən narazılığını ifadə etsə də, alternativ olaraq Avropa istehsalçısı “Airbus”u istisna etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti