...

İspaniya polisi narkotik qaçaqmalçılığı üçün vertolyotlardan istifadə edən dəstəni zərərsizləşdirib

Dünya xəbərləri Materials 14 Dekabr 2025 06:56 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniya polisi hava yolu ilə narkotik qaçaqmalçılığına qarşı nadir əməliyyat çərçivəsində Mərakeşdən həşiş daşınması üçün vertolyotlardan istifadə edən cinayətkar dəstəni zərərsizləşdirib.

Trend xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Mülki Qvardiyanın sözçüsü Qonzalo Lopez bildirib ki, 500–900 kiloqramadək narkotik daşımaq imkanına malik vertolyotlar Aralıq dənizi üzərindən İspaniyanın cənubuna uçur, daha sonra isə narkotik maddələr avtomobil yolu ilə Avropanın digər bölgələrinə daşınırdı.

Polisin Malaga, Almeriya və Mursiya əyalətlərində keçirdiyi reydlər zamanı təcrid olunmuş anbarda bir vertolyot, həmçinin 657 kiloqram həşiş, beş ədəd odlu silah, nağd pul və nəqliyyat vasitələri müsadirə edilib.

Əməliyyatda Mərakeş, Belçika və İsveçin hüquq-mühafizə orqanları da iştirak edib. Nəticədə altı nəfər saxlanılıb.

Qeyd edək ki, bu ilin əvvəlində də İspaniya polisi Mərakeşdən ölkəyə narkotik daşımaq üçün dronlardan istifadə edən cinayətkar qruplaşmaları zərərsizləşdirmişdi.

Xəbər lenti

Xəbər lenti