Bakı. Trend:
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 206,7 min ton maye qaz istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Bildirilib ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 40,4 min ton və ya 24,3% çoxdur. Keçən ilin eyni dövründə ölkədə 166,3 min ton maye qazlar istehsal edilmişdi.
Bu ilin dekabrın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 3 min ton təşkil edib.
Qeyd edək ki, hesabat dövründə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 5,013 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,6 faiz artıb.
