...

Suriyanın Palmira şəhəri yaxınlığında İŞİD-ə qarşı əməliyyat keçirilir

Dünya xəbərləri Materials 14 Dekabr 2025 22:16 (UTC +04:00)

Bakı. Trend:

Suriya keçid hökumətinin təhlükəsizlik qüvvələri Homs vilayətinin və Suriya səhrasının bir neçə ərazisində İŞİD terror qruplaşmasına qarşı əməliyyata başlayıb.

Trend-in məlumatına görə, bu barədə barədə "Əl-İxbariyyə" telekanalı xəbər verib.

Məlumata əsasən, əməliyyat Palmirada birgə Suriya-Amerika patruluna edilən hücuma cavab olaraq keçirilir.

Təhlükəsizlik qüvvələrinin nümayəndəsi Əli əl-Sufi bildirib ki, əməliyyat Suriyanın şərq və cənub-şərq hissələrində, Suriya səhrasında gizlənən İŞİD ilə əlaqəli silahlılara qarşı yönəlib. "Syria TV"-nin məlumatına əsasən, ABŞ-nin rəhbərlik etdiyi koalisiya atışma hadisəsindən sonra Palmira və ətraf ərazilərdə həbs kampaniyası aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti