...

Tramp Federal Ehtiyat Sisteminin sədri vəzifəsinə iki əsas namizədin adını açıqladı

Dünya xəbərləri Materials 13 Dekabr 2025 04:08 (UTC +04:00)
Tramp Federal Ehtiyat Sisteminin sədri vəzifəsinə iki əsas namizədin adını açıqladı

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hassetti və ya Federal Ehtiyat İdarə Heyətinin keçmiş üzvü Kevin Uorşu Federal Ehtiyat Sisteminin (FES) sədri vəzifəsinə təyin etməyi düşünür.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti "The Wall Street Journal" qəzetinə müsahibəsində deyib.

"Düşünürəm ki, [namizədlər siyahısında] ilk yerləri Kevin [Uorş] və Kevin [Hassett] tutur. Hər iki Kevin əladır", - deyə Tramp bildirib və qeyd edib ki, hələ də "bir neçə əla" namizəd var.

Qəzetin məlumatına əsasən, dekabrın 10-da ABŞ prezidenti Uorşla 45 dəqiqəlik müsahibə keçirib və müsahibə zamanı namizəddən Federal Ehtiyat Sisteminin rəhbəri təyin olunacağı təqdirdə əsas faiz dərəcəsinin azaldılmasının dəstəklənməsi ilə bağlı sual verib. "O hesab edir ki, faiz dərəcəsi aşağı salınmalıdır. Danışdığım hər kəs belə düşünür", - deyə Ağ Evin rəhbəri "WSJ" ilə söhbətində bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti