Bakı. Trend:
Qara dənizdə 4,1 bal gücündə zəlzələ olub.
Trend xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələnin episentri Türkiyənin Cide rayonunun Kocataş kəndindən 238,63 kilometr məsafədə qeydə alınıb. Yeraltı təkanların ocağı 6,07 kilometr dərinlikdə yerləşib.
Dağıntı və xəsarət alanlar barədə məlumat daxil olmayıb.