Bakı.Trend:
Dekabrın 7-də səhər saatlarında paytaxtın Nizami rayonu ərazisində quldurluq hadisəsi qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki,bir qadın yaşadığı evə doğru gedərkən naməlum şəxs yaxınlaşaraq onu kəsici-deşici alətlə hədələyib. O, bu yolla qadına məxsus 1300 manat dəyərində iki qızıl üzüyü və çantasındakı 50 manatını talayaraq hadisə yerindən qaçıb.
Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluq və quldurluqla əlaqəli cinayətlərə görə məhkum olunmuş 55 yaşlı Zaman Bayramov polis əməkdaşları tərəfindən Tərtər rayonunda müəyyən edilərək saxlanılıb. Aparılan araşdırmalarla saxlanılan şəxsin taladığı qızıl-zinət əşyalarını zərgərlik mağazasında satdığı məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
