...

Ərdoğan Qara Dənizdə gəmilərə edilən hücumlara münasibət bildirib

Dünya xəbərləri Materials 13 Dekabr 2025 14:55 (UTC +04:00)
Ərdoğan Qara Dənizdə gəmilərə edilən hücumlara münasibət bildirib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistan səfərindən geri dönərkən təyyarədə jurnalistlərə açıqlamasında Qara dənizdə gəmilərə, o cümlədən Türk gəmisinə edilən hücumlara münasibət bildirib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Türkiyə liderinin sözlərinə görə, Qara dəniz Ukrayna və Rusiyanın qarşıdurma meydanına çevrilməməlidir.

“Putinlə keçirdiyimiz bu görüşdən sonra, ABŞ Prezidenti Trampla da sülh planını müzakirə etmək imkanı əldə edərik. Sülh uzaqda deyil, biz onu görürük. Yeganə etməli olduğumuz şey: istiqamətimizi sülhün olduğu tərəfə yönəltməkdir. Qara dəniz hesablaşma meydanı kimi qəbul edilməməlidir. Belə bir vəziyyət Rusiya və Ukrayna üçün yalnız zərər gətirər, heç bir fayda gətirməz. Qara dənizdə dənizçilik və naviqasiya təhlükəsizliyinə hər kəsin ehtiyacı var. Bu təhlükəsizlik mütləq təmin edilməlidir”,- deyə Ərdoğan bildirib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti