...

Türkiyənin Qəzzada nizamlanma ilə bağlı mövqeyi dəyişməz olaraq qalır - Ərdoğan

Dünya xəbərləri Materials 14 Dekabr 2025 21:28 (UTC +04:00)
Türkiyənin Qəzzada nizamlanma ilə bağlı mövqeyi dəyişməz olaraq qalır - Ərdoğan

Bakı. Trend:

Türkiyənin Qəzza zolağındakı böhranın həlli ilə bağlı mövqeyi dəyişməz olaraq qalır.

Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yerli universitetlərin tələbələri ilə görüşdə deyib.

"Biz lazımi addımları atırıq və yolumuzu qətiyyətlə davam etdirəcəyik; [Qəzzada həll məsələsində] mövqeyimizdən heç bir geri çəkilmə olmayacaq. Geri çəkilsək, nə Allah, nə də Qəzza qarşısında cavab verə bilməyəcəyik", - deyə o bildirib.

Türkiyə hakimiyyəti əvvəllər dəfələrlə Fələstin probleminin iki dövlətli həllinə ehtiyac olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti