...

Misli Premyer Liqasında XV tura iki oyunla start verilib

İdman Materials 13 Dekabr 2025 18:36 (UTC +04:00)
Misli Premyer Liqasında XV tura iki oyunla start verilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Futbol üzrə Misli Premyer Liqasında XV turun oyunlarına start verilib.

Trend xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

“Şamaxı” doğma meydanda “Zirə”ni 2:1 hesabı ilə məğlub edib. Digər görüşdə isə “Sabah” səfərdə “Turan Tovuz” üzərində 3:1 hesablı qələbə qazanıb.

Bu nəticələrdən sonra turnir cədvəlində “Sabah” 31 xalla liderliyini qoruyur. “Zirə” 27 xalla üçüncü, “Turan Tovuz” 24 xalla beşinci, “Şamaxı” isə 20 xalla yeddinci pillədə qərarlaşıb.

Qeyd edək ki, XV turun digər oyunları dekabrın 14–15-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti