...

20 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyi başa çatıb

İdman Materials 14 Dekabr 2025 15:33 (UTC +04:00)
20 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyi başa çatıb

Bakı. Trend:

20 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyi başa çatıb.

Trend Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, son gündə komanda yarışları keçirilib.

Abşeron Olimpiya İdman Kompleksində reallaşan turnirdə oğlanlar arasında 7 klub və idman cəmiyyətini təmsil edən 8 kollektiv kubok uğrunda mübarizə aparıb.

Görüşlər 66 kq, 73 kq, 81 kq, 90 kq və +90 kq çəki dərəcələrində baş tutub.

"Neftçi" İK yekunda baş mükafata sahib çıxıb. "Kanokan-TT" İK gümüş medallara yiyələnib. "Sərhədçi" İM və "Judo Club 2012" komandaları isə III yeri tutublar.

Xəbər lenti

Xəbər lenti