...

Məhəmməd Salah Premyer Liqada rekorda imza atıb

İdman Materials 14 Dekabr 2025 00:02 (UTC +04:00)
Məhəmməd Salah Premyer Liqada rekorda imza atıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Liverpul”un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında bir klubun heyətində göstərdiyi nəticələrə görə rekorda imza atıb.

Trend xəbər verir ki, bu barədə “Opta Sports” statistika platforması məlumat yayıb.

Belə ki, dekabrın 13-də forvard “Brayton”la oyunda məhsuldar ötürmə verib. Bu, Məhəmməd Salahın “Liverpul” forması ilə Premyer Liqada 277-ci qol və məhsuldar ötürməsi olub. Misirin 33 yaşlı hücumçusu bununla da “Mançester Yunayted”in sabiq futbolçusu Ueyn Runinin rekordunu geridə qoyub. Qeyd edək ki, Runinin Premyer Liqada qol və məhsuldar ötürmələrinin ümumi sayı 276 olub.

Bu həftə Çempionlar Liqasında “İnter”ə qarşı keçirilən və 1:0 hesabı ilə başa çatan oyunda məşqçilər korpusu Salahı meydana buraxmayıb. Buna səbəb futbolçunun baş məşqçi Arne Slotu tənqid etməsi olub. Slot son üç oyunda hücumçunu ehtiyat oyunçular skamyasında saxlayıb.

Futbolçu bildirib ki, “Brayton”la oyundan sonra Afrika Millətlər Liqasında iştirak etmək üçün Misir milli komandasının toplanışına yollanacaq.

Qeyd edək ki, Məhəmməd Salah bu mövsüm “Liverpul”un heyətində 20 oyuna çıxıb, beş qol və üç məhsuldar ötürmə ilə yadda qalıb. Onun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.

Xəbər lenti

Xəbər lenti