Bakı. Trend:
Rusiyanın Kamçatka diyarı ərazisində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka şöbəsinin "Telegram" kanalında bildirilib.
Seysmik hadisə Petropavlovsk-Kamçatskidən 271 km məsafədə baş verib. Zəlzələnin episentri 69,5 km dərinlikdə yerləşib.