...

ABŞ digər Latın Amerikası ölkələrindəki qaçaqmalçılara da qarşı əməliyyat keçirə bilər

Dünya xəbərləri Materials 13 Dekabr 2025 08:38 (UTC +04:00)

Bakı. Trend:

Vaşinqton Venesuela və digər Latın Amerikası ölkələrindəki narkotik qaçaqmalçılarına qarşı əməliyyat keçirə bilər.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə Latın Amerikası ölkələrində fəaliyyət göstərən narkotik kartelləri haqqında danışarkən bildirib.

"Söhbət təkcə Venesueladan getmir. Söhbət həm də digər ölkələrdəki dəhşətli insanlara hücumlar ilə bağlıdır", - deyə o bildirib. Xüsusilə, o, Kolumbiyada genişmiqyaslı narkotik istehsalından bəhs edib.

Tramp bildirib ki, ABŞ ordusu son həftələrdə ehtimal edilən narkotik qaçaqmalçılarının qayıqlarına zərbə endirməklə ABŞ-yə dəniz üzərindən narkotik tədarükünü 96% azaldıb.

"İndi quruda da eynisini edəcəyik. Bu, tezliklə başlayacaq", - deyə ABŞ prezidenti xəbərdarlıq edib.

Xəbər lenti

Xəbər lenti