...

“Monako”nun yarımmüdafiəçisi məşq zamanı zədə alıb

İdman Materials 14 Dekabr 2025 10:07 (UTC +04:00)
“Monako”nun yarımmüdafiəçisi məşq zamanı zədə alıb

Bakı. Trend:

“Monako”nun yarımmüdafiəçisi Pol Poqba məşq zamanı sağ dizindəki problem səbəbindən komandasının Liqa 1-də “Marsel”ə qarşı 16-cı tur matçını buraxacaq.

Trend xəbər verir ki, sözügedən oyun bu gün keçiriləcək.

“O, yaxşı formada deyildi. Dizində yüngül vətər dartılması var. Bu, ciddi problem deyil”, - komandanın baş məşqçisi Sebastyen Pokonyoli klubun rəsmi saytına Poqbanın oyunu buraxma səbəbindən danışarkən bildirib.

Poqba dopinq qadağası səbəbindən 2025-ci ilin yayında azad agent statusunda “Monako”ya qoşulub. O, bu mövsüm Fransa çempionatında “Monako”da üç oyun keçirib və qol vurmayıb.

Xəbər lenti

Xəbər lenti