Bakı. Trend:
Böyük Britaniyada 2018-ci ildən bəri ölkəyə qayıqla qanunsuz miqrantların gəlmədiyi ən uzun dövr qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə "Sky News" Britaniyanın Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, son 28 gün ərzində La-Manş boğazını keçən kiçik qayıqlarla miqrantların gəlişi qeydə alınmayıb. Nazirliyin açıqlamasında bildirilib ki, sonuncu belə hadisə noyabrın 14-də baş verib.
