...

Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

Cəmiyyət Materials 13 Dekabr 2025 12:54 (UTC +04:00)
Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə dekabrın 13-də Səudiyyə Ərəbistanı Krallığına səfərə yola düşür.

Bu barədə Trend-ə QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, səfərdən məqsəd Krallığın paytaxtı Ər-Riyad şəhərində keçiriləcək BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak etməkdir.

14 dekabrda keçiriləcək BMT Sivilizasiyalar Alyansının XI Forumu “Çoxqütblü dünyada bəşəriyyət naminə dialoqda qarşılıqlı hörmət və anlaşmanın yeni erası” mövzusuna həsr olunub.

BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinosun dəvəti ilə mötəbər forumda iştirak edən Şeyxülislam A.Paşazadə məruzə ilə çıxış edəcək. Forum çərçivəsində QMİ sədrinin bir sıra ikitərəfli görüşlər keçirəcəyi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti