Bakı. Trend:
UEFA Çempionlar Liqasının hazırkı qalibi “Pari Sen-Jermen” 2025-ci il FİFA Qitələrarası Kubokunun finalında Braziliya təmsilçisi “Flamenqo” ilə qarşılaşacaq.
Trend xəbər verir ki, yarımfinal mərhələsində braziliyalılar Afrika Çempionlar Liqasının qalibi Misirin “Piramids” komandasını 2:0 hesabı ilə məğlub ediblər.
Görüşün 24-cü dəqiqəsində müdafiəçi Leo Pereyra “Flamenqo”nu hesabda önə çıxarıb. 52-ci dəqiqədə isə “Yuventus”un sabiq müdafiəçisi Danilo fərqi iki topa çatdırıb.
Beləliklə, turnirin qalibi dekabrın 17-də keçiriləcək final qarşılaşmasında müəyyənləşəcək.
