...

ABŞ-də atışma nəticəsində iki nəfər ölüb

Dünya xəbərləri Materials 14 Dekabr 2025 09:16 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Rod-Aylend ştatının Providens şəhərində yerləşən Braun Universitetində baş verən atışma nəticəsində iki nəfər ölüb, doqquz nəfər xəsarət alıb.

Trend xəbər verir ki, bu barədə şəhərin meri Brett Smayli məlumat yayıb.

Məlumata görə, ölən və yaralananların hamısı Braun Universitetinin tələbələridir.

Hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması hələlik mümkün olmayıb. Polis hadisə ilə bağlı araşdırmaları davam etdirir.

xxx

03:56

ABŞ-də universitetdə atışma hadisəsi qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə "ABC" məlumat yayıb. Hadisə Rod-Aylend ştatının Providens şəhərində yerləşən Broun Universitetinin kampusunda baş verib.

Mümkün yaralılar və hadisənin səbəbi ilə bağlı hələlik məlumat verilmir.

"Associated Press"in məlumatına görə, silahlı insidenti törətməkdə şübhəli şəxs saxlanılıb.

Xəbər lenti

Xəbər lenti