Bakı. Trend:
İsrail Müdafiə Ordusu bazar günü Livanın cənubundakı "Hizbullah" qruplaşmasının mövqelərinə qarşı yeni bir sıra hücumlar həyata keçirib.
Trend-in məlumatına görə, bu barədə Yaxın Şərq KİV-ləri xəbər verib.
"Ordu Livanın cənubundakı bir neçə ərazidə "Hizbullah"ın üç terrorçusuna zərbə endirib", - deyə İsrail hərbi komandanlığından bildiriblər.
İsrail tərəfinin məlumatına əsasən, "Hizbullah" döyüşçüləri qruplaşmanın əvvəllər dağıdılmış infrastrukturunu bərpa etməyə çalışırdılar və buna görə də İsrail ordusu zərbələr endirmək qərarına gəliblər.
Livan Səhiyyə Nazirliyi öz növbəsində İsrailin hava zərbələri nəticəsində iki nəfərin öldüyünü və daha bir nəfərin yaralandığını bildirib.