Bakı. Trend:
Suriya təhlükəsizlik qüvvələri Palmirada təhlükəsizlik qərargahına edilən son hücumda iki ABŞ əsgərinin ölümünə səbəb olan beş şübhəlini saxlayıb.
Trend-in məlumatına görə, bu barədə Ərəb Respublikasının keçid hökumətinin Daxili İşlər Nazirliyi xəbər verib.
Bəyanatda qeyd edilib ki, nazirliyin bölmələri kəşfiyyat xidməti və beynəlxalq antiterror koalisiyası ilə koordinasiyalı şəkildə "beş şübhəli şəxsin saxlanıldığı" əməliyyat keçirib.
Suriya Daxili İşlər Nazirliyinin bildirib, bu gün İŞİD-din silahlısı daxili təhlükəsizlik qüvvələri rəhbərliyinin beynəlxalq koalisiyanın nümayəndə heyəti ilə görüşünün keçirildiyi qərargaha hücum edib. Hücumçu pulemyotla atəş açıb və Suriya qoşunları tərəfindən yerindəcə zərərsizləşdirilib.