...

Fransada Avropanın ən böyük şəhər kanat yolu istifadəyə verilib

Dünya xəbərləri Materials 14 Dekabr 2025 08:07 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın İl-de-Frans əyalətində Avropanın ən böyük şəhər kanat yolu rəsmi olaraq açılıb.

Trend xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

“Cable C1” adlanan kanat yolu Paris yaxınlığında yerləşən Kretey və Vilnöv-Sen-Jorj qəsəbələrini birləşdirir.

Uzunluğu 4,5 kilometr olan marşrutu kanat yolu ilə 18 dəqiqəyə qət etmək mümkündür, halbuki eyni məsafə avtobusla təxminən 40 dəqiqə çəkir.

Məlumata görə, “Cable C1”in gündəlik 11 min sərnişinə xidmət göstərəcəyi gözlənilir. Layihənin ümumi dəyəri 132 milyon avro təşkil edir.

Xəbər lenti

Xəbər lenti