Bakı. Trend:
Karlo Ançelotti Braziliya millisində qalmağı planlaşdırır.
Trend “Globo”ya istinadən xəbər verir ki, Braziliya Futbol Konfederasiyası italiyalı mütəxəssislə müqavilə müddətini artırmaq yönündə danışıqlar gedir. Tərəflər müqavilə müddətini 2030-cu ilə qədər artırmaqla bağlı müzakirə edirlər.
Braziliyalılar onun işindən tam məmnundur və onun rəhbərliyi altında uğurlu dövr üçün möhkəm təməl qoyulmasının tərəfdarıdırlar. Onun müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
DÇ-2026-da Braziliya yığmasıda C qrupunda Şotlandiya, Haiti və Mərakeşlə qarşılaşacaq.