Bakı. Trend:
Dekabrın 12-də Ümummilli Lider, Azərbaycan tarixində misilsiz xidmətləri olan dahi şəxsiyyət, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Fəxri Üzvü olmuş Heydər Əliyevin anım günü ilə əlaqədar məzarı Fəxri Xiyabanda ziyarət edilib.
Trend xəbər verir ki, AzQAC rəhbərliyi, çoxsaylı kollektivi, üzvləri və könüllüləri Ulu Öndərin abidəsi önünə çiçəklər düzüb, onun ruhuna dualar oxuyub.
Xatırladaq ki, ötən ayın 19-da Bakı şəhəri Türk Dövlətləri Təşkilatının (TDT) XI Zirvə Görüşündə təsdiq edilmiş Türk Qızıl Aypara Şəbəkəsinin (TQŞ) yüksək səviyyəli toplantısına ev sahibliyi edib.
Tədbir proqramı ulu öndər Heydər Əliyevin Fəxri Xiyabanda məzarını, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinə ehtiram əlaməti olaraq Şəhidlər Xiyabanının və Türk Şəhidliyinin ziyarəti ilə başlamışdır.