...

ABŞ Karib dənizindəki bazaya daha bir qrup qırıcı təyyarə yerləşdirir

Dünya xəbərləri Materials 13 Dekabr 2025 00:52 (UTC +04:00)
ABŞ Karib dənizindəki bazaya daha bir qrup qırıcı təyyarə yerləşdirir

Bakı. Trend:

ABŞ Cənub Komandanlığının (SOUTHCOM) hava komponentini gücləndirmək üçün Puerto Rikodakı Ruzvelt Roads Hərbi Hava Qüvvələri Bazasına beşinci nəsil "F-35A Lightning II" qırıcı təyyarələri qrupu yerləşdirir.

Trend-in məlumatına görə, bu barədə "The War Zone" qəzeti amerikalı məmura istinadən məlumat yayıb.

Məlumata əsasən, Venesuela sahillərindən təxminən 850 kilometr məsafədə yerləşən bazada artıq ABŞ Dəniz Piyadaları Korpusunun 10 ədəd "F-35B" qırıcı təyyarəsindən ibarət eskadrilya yerləşib.

ABŞ hərbi rəsmiləri Karib dənizindəki ABŞ ərazisi olan Puerto Rikoya yerləşdirilən F-35A qırıcı təyyarələrinin sayı barədə məlumat verməyib. Onlar 158-ci Hava Milli Qvardiyası Qanadının yerləşdiyi Vermontdakı hava bazasından gəlirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti