...

Çindən Avropaya göndərilən bağlamalara vergi tətbiq edilir

Dünya xəbərləri Materials 13 Dekabr 2025 17:35 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqına üzv ölkələr Çindən daxil olan kiçik bağlamalara vergi tətbiqi ilə bağlı razılığa gəlib.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, məqsəd Çindən gələn ucuz mal axınının qarşısını almaqdır.

2026-cı il iyunun 1-dən etibarən İttifaq ərazisinə Çindən daxil olan bağlamalara azı 3 vergi tətbiq ediləcək. Bir bağlamada müxtəlif mallar olduğu təqdirdə hər məhsula ayrı-ayrılıqda vergiyə cəlb ediləcək.

2024-cü ildə Avropa İttifaqına hər birinin dəyəri 150 avrodan aşağı olan 4,6 milyard ədəd bağlama daxil olub. Onların 91 faizi Çindən gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti