...

Almaniyada Milad bazarına terror planlaşdırmaqda şübhəli beş nəfər saxlanılıb

Dünya xəbərləri Materials 14 Dekabr 2025 04:55 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın Bavariya əyalətinin Dinqolfinq şəhərində keçirilən Milad bazarında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb.

Trend xəbər verir ki, saxlanılan şəxslərdən biri Misir, biri Suriya, üçü isə Mərakeş vətəndaşıdır.

İstintaq orqanları hazırda araşdırmalar aparır. Hücumun vaxtı və detalları barədə məlumat verilmir. İlkin məlumata əsasən, hücum avtomobildən istifadə edilərək törədilmək planlaşdırılıb.

Mediaya yayılan məlumatlara görə, təhlükə barədə xəbərdarlıq xarici kəşfiyyat xidmətlərindən birindən daxil olub.

Xəbər lenti

Xəbər lenti