Bakı. Trend:
Dekabrın 12-də “Azərişıq” və “AzərEnerji” ASC-lərin kollektivləri Fəxri xiyabanda müasir Azərbaycan dövlətinin memarı, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərək önünə gül dəstələri qoyublar.
“Azərişıq” ACS-dən Trend-ə verilən məlumata görə, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı da ziyarət edilib.
Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbirlər "Azərişıq" və "Azərenerji" ASC-lərin Naxçıvan, Qarabağ və digər regional idarələrində də keçirilib.