...

Süni intellektin köməyi ilə meymunçiçəyi peyvəndində mühüm irəliləyiş əldə edilib

Dünya xəbərləri Materials 13 Dekabr 2025 16:33 (UTC +04:00)
Süni intellektin köməyi ilə meymunçiçəyi peyvəndində mühüm irəliləyiş əldə edilib
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Texas Universitetinin (UT Austin) alimləri süni intellektdən istifadə edərək meymunçiçəyi (mpox) virusuna qarşı güclü qoruyucu antikorları stimullaşdıran az tanınan bir zülalı müəyyən ediblər. Siçanlar üzərində aparılan sınaqlarda bu zülalın güclü immun reaksiyası yaratdığı müşahidə olunub.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, tədqiqatçılar bu kəşfin gələcəkdə daha sadə və effektiv mpox peyvəndləri və müalicələrinin hazırlanmasına yol aça biləcəyini düşünürlər. Həmçinin, bu irəliləyiş çiçək xəstəliyinə qarşı mübarizədə də önəmli rol oynaya bilər.

“Əgər süni intellekt olmasaydı, bu hədəfi tapmaq illərimizi alardı”, - tədqiqat qrupunun rəhbəri McLellan bildirib.

Onun sözlərinə görə, bu zülal daha əvvəl nə peyvənd, nə də antikorların inkişafı üçün nəzərdən keçirilməmişdi.

Qeyd edək ki, meymunçiçəyi yayıldığı vaxt 150.000-dən çox insanı xəstələndirib, təxminən 500 nəfər ölüb. Səhiyyə rəsmiləri həssas qrupa daxil insanları qorumaq üçün çiçək peyvəndindən istifadə edib, lakin bu peyvəndlər baha başa gəlir və istehsalı çətindir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti