Bakı. Trend:
Fransa Gürcüstanda keçirilən “Uşaq Avroviziyası 2025” mahnı müsabiqəsinin qalibi olub.
Trend xəbər verir ki, müsabiqədə Azərbaycan, Albaniya, Xorvatiya, Kipr, Fransa, Gürcüstan, İrlandiya, İtaliya, Ermənistan, Malta, Monteneqro, Niderland, Şimali Makedoniya, Polşa, Portuqaliya, San Marino, İspaniya və Ukrayna olmaqla 18 ölkə iştirak edib.
Qeyd edək ki, Azərbaycanı müsabiqədə Yağmur Nəsrullayeva təmsil edib. O, “Miau Miau” mahnısını ifa edib və 15-ci yerdə qərarlaşıb.
