...

Gümüşün qiyməti 5 faizdən çox aşağı düşüb

İqtisadiyyat Materials 12 Dekabr 2025 21:35 (UTC +04:00)
Gümüşün qiyməti 5 faizdən çox aşağı düşüb

Bakı. Trend:

"Comex" birjasında (Nyu-York Ticarət Birjasının bir bölməsi) 2026-cı ilin mart ayında çatdırılma üçün gümüş fyuçerslərinin qiyməti əvvəlki tarixi maksimumu yenilədikdən sonra 5%-dən çox azalma göstərib.

Trend-in məlumatına görə, bu barədə ticarət platformasından bildiriblər.

Məlumata əsasən, qiymətli metalın qiyməti 5,54 faiz azalaraq troya unsiyası üçün 61,015 dollara düşüb. Bakı vaxtı ilə saat 21:04-də gümüşün qiyməti unsiyası üçün 61,58 dollara (-4,66%) düşüb.

Eyni zamanda, "Comex" birjasında 2026-cı ilin fevral ayında çatdırılma üçün qızılın fyuçersləri 4312,6 dollar (-0,01%) səviyyəsində olub.

Xəbər lenti

Xəbər lenti