...

ANAMA iki xarici şirkətlə yarım milyonluq müqavilələr bağlayıb

Tender müsabiqələri Materials 13 Dekabr 2025 17:54 (UTC +04:00)
ANAMA iki xarici şirkətlə yarım milyonluq müqavilələr bağlayıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) iki xarici şirkətlə yeni satınalma müqavilələri bağlayıb.

Trend-in məlumatına görə, müqavilələr minatəmizləmə fəaliyyəti üçün nəzərdə tutulan qoruyucu xüsusi geyim dəstlərinin alınmasını əhatə edir.

Belə ki, ANAMA İsrail Respublikasının “Cortex Engineering Ltd.” şirkəti ilə tam bədən qoruyucu zirehli geyim dəstlərinin satın alınması üzrə 150 min manat dəyərində müqavilə imzalayıb. Eyni zamanda, Norveç Krallığının “Rofi a.s.” şirkəti ilə fərdi zirehli qoruyucu geyim dəstlərinin təhvil verilməsi üçün 265 min 306 manat məbləğində müqavilə bağlanıb.

Nəticə etibarilə, sözügedən xüsusi qoruyucu geyim dəstlərinin satın alınmasına ümumilikdə 415 min 306 manat vəsait sərf olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti